...

İran Buşəhr AES-i yanvarın əvvəllərində işə salacaq – Nüvə Enerjisi Təşkilatının sədri

Dünya xəbərləri Materials 6 Dekabr 2010 13:59 (UTC +04:00)
İran yanvarın əvvəllərində ölkənin elektrik şəbəkəsinə qoşulan kimi Buşəhr atom elektrik stansiyasının (AES) rəsmən işə salındığını qeyd edəcək.
İran Buşəhr AES-i yanvarın əvvəllərində işə salacaq – Nüvə Enerjisi Təşkilatının sədri

İran yanvarın əvvəllərində ölkənin elektrik şəbəkəsinə qoşulan kimi Buşəhr atom elektrik stansiyasının (AES) rəsmən işə salındığını qeyd edəcək. Bu barədə ölkənin Nüvə Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi İsfahandakı nüvə obyektində keçirilən mətbuat konfransında bəyan edib. Xəbəri ILNA yayıb.

Salehi əlavə edib ki, yanacaq tamamilə AES-ə yüklənəcək.

Ötən həftənin sonlarında "Atomstroyeksport" QSC-nin mətbuat xidməti məlumat vermişdi ki, nüvə yanacağının yüklənməsi İranın Buşəhr AES meydançasında uğurla başa çatdırılıb.

Bir müddət əvvəl Salehi bildirmişdi ki, iranlı mütəxəssislər atom stansiyasının reaktorunun qapağını quraşdırıblar.

Buşəhr AES-in fiziki istismarına 2010-cu il avqustun 21-dən başlanılıb. Hazırda stansiyanın meydançasında nüvə buxarı istehsal edən qurğunun gücünün minimum nəzarət səviyyəsinə çıxış üzrə texnoloji sistemin hazırlığı aparılır.

Buşəhr şəhərinin cənub-şərqində Buşəhr AES-in tikintisi Qərbi Almaniyanın "Kraftwerk Union" konserni tərəfindən 1974-cü ildə başlayıb, lakin 1980-ci ildə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara AFR hökumətinin qoşulması nəticəsində onun tikintisi dayandırılıb.

Xəbər lenti

Xəbər lenti