...

Oktay Şirəliyev səhiyyə naziri təyin edildi

Siyasət Materials 20 Oktyabr 2005 17:14 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Oktay Kazım oğlu Şirəliyev yeni səhiyyə naziri təyin edilib. Bu barədə Trend məlumat yayıb.

Qeyd edək ki, O.Şirəliyev Respublika Diaqnostika Mərkəzinin başçısı olub.

O.Şirəliyev 1950-ci ildə Bakıda anadan olub. Azərbaycan Tibb İnstitutunu bitirib. Namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edən O.Şirəliyev professor, tibb elmləri doktorudur.

Xatırladaq ki, keçmiş nazir Əli İnsanın prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 20-də vəzifəsindən azad edilib.

Xəbər lenti

Xəbər lenti