...

Azərbaycan Ermənistandakı hadisələrin danışıqlar prosesinə mənfi təsir göstərməsini istəməzdi - XİN

Siyasət Materials 3 Mart 2008 13:59 (UTC +04:00)
Azərbaycan Ermənistandakı hadisələrin danışıqlar prosesinə mənfi təsir göstərməsini istəməzdi - XİN

Azərbaycan, Bakı, 03 mart / , müxbir S.Ağayeva / "Azərbaycan Ermənistanda baş verən son hadisələrin danışıqlar prosesinə mənvi təsir göstərməsini istəməzdi" - deyə bazar ertəsi Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycan başqa ölkələrin daxili işlərinə qarışmır. Bu, rəsmi Bakının ənənə və siyasətinə xarakterik deyil deyil.

"Ermənistanda baş verənlər bu ölkənin daxili işidir. Biz heç bir halda onların işinə qarışmırıq" - deyə İbrahim əlavə edib.

Ermənistanda fevralın 19-da prezident seçkiləri keçirilib. Onun yekunlarına əsasən, hökumətdən olan namizəd səslərin 52 faizini toplayan Baş nazir Serj Sarkisyan qalib gəlib. Ölkə başçısı postuna doqquz namizəd mübarizə aparırdı. İkinci yeri - Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan -21,5 faiz səslə tutub. Seçkilərin nəticələrilə razı olmayan müxalifət Ter-Petrosyanın başçılığı ilə artıq dördüncü gündür ki, oturaq tətil elan edib, eritaz aksiyaları keçirir. Müxalifətçilər hökumətə üç tələb təqdim edib: birbaşa yayım, seçkilərin saxtalaşdırılmasında günahı olanları cəzalandırmaq və yeni seçkilərin keçirilməsi.

Xəbər lenti

Xəbər lenti