...

Azərbaycan və İran Buşehr AES üçün aparılan yükün buraxılması məsələsində Rusiya tərəfinin cavabını gözləmək qərarına gəlib

Siyasət Materials 30 Aprel 2008 11:59 (UTC +04:00)
Azərbaycan və İran Buşehr AES üçün aparılan yükün buraxılması məsələsində Rusiya tərəfinin cavabını gözləmək qərarına gəlib

Azərbaycan, Bakı, 30 aprel / " , müxbir S.Ağayeva/ Azərbaycan və İran martın 29-da Astara gömrük məntəqəsində - iki ölkə sərhədində saxlanılan və Buşehr AES üçün aparılan yükün buraxılması məsələsində Rusiya tərəfinin cavabını gözləmək qərarına gəlib.

Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim çərşənbə günü bildirib ki, bu barədə razılaşma Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla vəziyyəti aydınlaşdırmaq üçün XİN-ə dəvət olunan İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zarenin görüşü zamanı əldə olunub.

"Bu siyasi deyil, texniki məsələdir və Azərbaycanın saxlanılan yükə dair Rusiya tərəfinə göndərdiyi sorğuya cavab gəldikdən sonra həll olunacaq", - deyə mətbuat katibi bildirib. Azərbaycanın bu mövqeyi İran səfirinə çatdırılıb.

Əldə olunan məlumatlara görə, yükün dayandırılmasına səbəb Azərbaycan hökumətinin bu yükün ölkə ərazisi ilə tranzitinə qabaqcadan xüsusi icazəsinin olmamasıdır.

Bir gün əvvəl ABŞ da Azərbaycan və Rusiyanı bu məsələni qısa zamanda həll etməyə çağırıb. Bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin mətbuat katibi Şon Makkormak bildirib: "Hər iki ölkə yaranan vəziyyəti BMT Təhlükəsizlik Şurası Qətnamələri üzrə üzv dövlətlərin üzərinə qoyulan öhdəliklərə müvafiq, xüsusilə də qətnamələrdə qeyd olunmuş potensial olaraq qanuna zidd məqsədlər üçün istifadə oluna biləcək materialların tranzit daşınmalarına yol verilməmsinə dair çağırışlara uyğun olaraq nizamlamalıdır".

Tehranda səfərdə olan Rusiya Təhlükəsizlik Şurası katibi vəzifələrinin icraçısı Valentin Sobolyevin jurnalistlərə verdiyi məlumata görə, "İran və Rusiya Federasiyasında olan məlumatlara əsasən "AES üçün yük Azərbaycandan daşınan zaman heç bir qanun pozuntusu olmayıb".

İran hesab edir ki, Buşehrdəki AES üçün nəzərdə tutulan yükün Azərbaycan-İran sərhədində saxlanılması gömrük problemi ilə əlaqədardır və məsələnin tezliklə həll ediləcəyinə ümid edir. Bu barədə əvvəllər Trend a müsahibəsində İranın Azərbaycandakı səfiri Nasir Hamidi Zare bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti