...

ABŞ Konqresinin Helsinki komissiyası Azərbaycandakı demokratik vəziyyəti müzakirə edib

Siyasət Materials 30 İyul 2008 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul/ Trend , müxbir R.Novruzov/ ABŞ-ın Avropada əməkdaşlıq və təhlükəsizlik üzrə komissiyası (Helsinki komissiyası) Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərindən sonra insan hüquqları sahəsində bir qədər irəliləyişin olduğunu qeyd edir. Bu barədə ABŞ Dövlət katibinin demokratiya və insan hüquqları üzrə müavini,  Freedom House-un nümayəndəsi Kris Uoker çərşənbə axşamı Vaşinqtonda  keçirilən Helsinki komissiyasının Azərbaycandakı demokratik vəziyyətə dair dinləmələrində deyib.

ABŞ  Dövlət katibinin müavini oktyabrın 15-nə nəzərdə tutulan prezident seçkilərində yerli qeyri-hökumət təşkilatlarının müşahidəçi qismində iştirakını yüksək qiymətləndirib. Helsinki komissiyası hesab edir ki, Azərbaycanın oktyabrda seçkiləri ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq keçirməyə imkanları var.

Uoker KİV, demokratik quruculuq işləri kimi məsələlərə  xüsusi diqqəti yetirib. O, iqtidarı jurnalistlərlə bağlı mövqeyini yumşaltmağa, beynəlxalq təşkilatların çağırışlarını dinləməyə və jurnalistlərin öz peşə fəaliyyətinə görə cinayət məsuliyyəti daşımaları haqqında qanunu ləğv etməyə çağırıb.

Bu gün Azərbaycanda üç jurnalist - "Azadlıq"qəzetinin baş redaktoru Qənimət Zahid, "Gündəlik Azərbaycan"və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev və "Azadlıq"qəzetinin əməkdaşı Mirzə Sakit müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzası çəkirlər.

Hazırda Prezidentin İcra Aparatında mətbuatın problemləri üzrə bir neçə layihə və müraciətlər var. Onlardan biri jurnalistlərin əfv edilməsi ilə bağlıdır. "Prezident yaxın günlərdə bu məsələlərə baxacaq", - Prezident Aparatının İctimai-siyasi şöbəsininin müdiri Əli Həsənov bir müddət əvvəl bildirib.

Bütün seçki prosesinin ədalətliliyinin və seçkilərin nəticələrinə sərhədsiz inamın müəyyən edilməsində əsas fakt - ciddi yerli və beynəlxalq monitorinqlərin aparılmasıdır, ABŞ Dövlət katibinin müavini Devid Kramer hesab edir. O, Azərbaycan hakimləri tərəfindən Azərbaycanın ən böyük   müstəqil Monitorinq Mərkəzinin qeydiyyatının ləğv edilməsini kəskin tənqid edib.

"Biz Azərbaycanda ədalətli, şəffaf və demokratik seçkiləri görməyə ümid edirik", - Kramer deyib.

Azərbaycan iqtidarı ölkədə ədalətli və demokratik seçkilərin keçiriləcəyinə əmin edib.

Dinləmələrdə ABŞ Dövlət katibi müavininin köməkçisi Metyu Brayza və Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti