...

Rusiya işğalçılarına 5 min gürcü polisi müqavimət göstərib - nazir

Siyasət Materials 26 Noyabr 2008 20:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan DİN 5 min polisi Rusiya işğalçıları ilə mübarizəyə səfərbər edib, - daxili işlər naziri Vano Merabişvili çərşənbə günü avqust hadisələri üzrə parlamentin müvəqqəti təhqiqat komissiyasının iclasında bəyan edib.

"Hərbi əməliyyatlar zamanı 14 polis həlak olub, 17 nəfər itkin düşüb. Daha səkkiz polis münaqişədən sonra bufer zonalarda patrul zamanı qətlə yetirilib", - Merabişvili bildirib. Nazir bildirib ki, atəşkəs dövründə Gürcüstan polisinin nəzarət etdiyi ərazilərdən 14 insan və 200 avtomaşın oğurlanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti