...

Azərbaycan Prezidenti Silahlı Qüvvələrin və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam verib

Siyasət Materials 25 İyun 2009 20:59 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi barədə sərəncam verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Respublikanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə, 7 hərbi qulluqçusu "İgidliyə görə" medalı ilə və 13 hərbi qulluqçusu "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Dövlət başçısı digər sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusunu "İgidliyə görə" medalı ilə təltif edib.

Xəbər lenti

Xəbər lenti