...

İlham Əliyev Suriya Prezidentini təbrik edib

Siyasət Materials 16 Aprel 2010 20:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədə ölkəsinin milli bayramı – Evakuasiya günü münasibətilə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Suriya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədə ölkəsinin milli bayramı - Evakuasiya günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bayram münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Suriya arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın və əlaqələrimizin hərtərəfli inkişafı sahəsində bundan sonra da birgə səylər göstərəcəyik", - məktubda deyilir.

İlham Əliyev Bəşşar əl-Əsədə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti