...

Cənubi Qafqazda vəziyyət mürəkkəb olaraq qalır – Aİ-nin xüsusi nümayəndəsi

Siyasət Materials 8 İyul 2010 15:59 (UTC +04:00)
Cənubi Qafqaz dayanıqsız və qeyri-sabit region olaraq qalır və beynəlxalq birlik münaqişələrin həll edilməsində və demokratik islahatların genişlənməsində dəstəyini davam etdirməlidir.
Cənubi Qafqazda vəziyyət mürəkkəb olaraq qalır – Aİ-nin xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Y.Ostapenko/

Cənubi Qafqaz dayanıqsız və qeyri-sabit region olaraq qalır və beynəlxalq birlik münaqişələrin həll edilməsində və demokratik islahatların genişlənməsində dəstəyini davam etdirməlidir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi belə hesab edir.

Semnebi ATƏT-in daimi şurasının cümə axşamı keçirilən iclasında Azərbaycan, Gürcüstan və Ermənistanda münaqişələrin nizamlanmasından və demokratiyanın möhkəmlənməsinə, qanunun aliliyinə köməkdən danışıb.

"Bu səylər yalnız beynəlxalq ictimaiyyətin birgə yanaşması sayəsində müvəffəqiyyətli olacaq. Bununla əlaqədar olaraq Aİ üçün tərəfdaş hesab edilən ATƏT-in rolu çox vacibdir", - o deyib.

Semnebi qeyd edib ki, regionda nizamlanmayan münaqişələrin həll edilməsi Aİ-nin prioritetlərindən biri olaraq qalır.

"Cənubi Qafqazda həll edilməyən münaqişələr regionun təhlükəsizliyinə əsas təhlükədir, belə ki, status-kvo qeyri-sabitdir və gərginliyin artmasını istisna etmir. Buna sübut 2008-ci ilin avqustunda Gürcüstanda baş verən hadisələrdir", - Semnebi qeyd edib.

"Dağlıq Qarabağ münaqişəsi də xüsusi narahatlıq doğurur: təmas xəttində ölümlə nəticələnən silahlı toquşmalar baş verir", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Azərbaycan və Ermənistan Müdafiə nazirliklərinin məlumatına görə, iyunun 18-dən 19-na keçən gecə Dağlıq Qarabağ münaqişəsi zonasının şimal hissəsində qoşunların təmas xəttində insan tələfatına səbəb olan silahlı toqquşma baş verib.

"Yubanmış münaqişələr Aİ-nin "Şərq tərəfdaşlığı"na üzv olan ölkələrin siyasi islahatlarına və iqtisadi inkişafına köməklə əlaqədar səylərini pozur", - xüsusi nümayəndə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti