...

Bu ilin 6 ayında Azərbaycanda yerli və dövlətlərarası axtarışda olan 1134 nəfər tutulub - DİN

Siyasət Materials 29 İyul 2010 13:03 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin bu ilin birinci yarımilinin yekunlarına həsr olunmuş kollegiya iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov məlumat verib.
Bu ilin 6 ayında Azərbaycanda yerli və dövlətlərarası axtarışda olan 1134 nəfər tutulub - DİN

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 6 ayında Azərbaycan daxili işlər orqanları tərəfindən yerli və dövlətlərarası axtarışda olan 1134 nəfər tutulub.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin bu ilin birinci yarımilinin yekunlarına həsr olunmuş kollegiya iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov məlumat verib.

Nazir müavini bildirib ki, tutulanlardan 68 nəfəri MDB və digər xarici ölkələrdə gizlənmiş şəxslər olub.

İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 45 nəfərin və İnterpol xətti ilə digər üzv ölkələrdə axtarılan 21 şəxsin yeri müəyyən edilib.

Hesabat dövründə 383 nəfəri birləşdirən 110 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib.

Həmin dəstələr tərəfindən 391 ağır və xüsusilə ağır cinayət, o cümlədən, 12 qəsdən adam öldürmə, 3 adam oğurluğu, 1 banditizm, hərəsi 35 fakt olmaqla quldurluq və soyğunçuluq törədilib.

Eyvazov bildirib ki, əllərdə qanunsuz saxlanılan 664 odlu silah və 50 minə yaxın patron götürülmüş, bu növ cinayətlərə görə 38 nəfər məsuliyyətə cəlb olunmuşdur.

Qeyri-leqal dövriyyədən ümumi məbləği 303 min manat təşkil edən 4011 ədəd saxta əsginas çıxarılıb.

İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ilə əlaqədar 11 cinayət müəyyən edilərək, 57 tondan çox istifadə müddəti ötmüş müxtəlif ərzaq məhsulları, saxta tikinti materialları, 1200 ədəd kontrafakt içki çıxarılıb, 4 gizli istehsal müəssisəsi aşkar edilib.

Bu ilin 6 ayında 115 nəfərdən ibarət 36 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, qanunsuz dövriyyədən 317 kiloqramdan çox narkotik vasitə çıxarılıb, 63,5 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Həyata keçirilən əməliyyat-profilaktiki tədbirlərlə ümumi çəkisi 214 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.

İnsan alverinin qarşısının alınması və aradan qaldırılması ilə bağlı görülmüş qabaqlayıcı tədbirlərlə 57 cinayət faktı aşkarlanaraq, 21 nəfər məsuliyyətə cəlb olunub, bu hüquqazidd əməllərin qurbanı olan 27 şəxs müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti