...

Azərbaycanda parlament seçkiləri zamanı "exit-poll"un keçirilməsində ilk dəfə sosial şəbəkə təcrübəsindən istifadə olunacaq

Siyasət Materials 18 Oktyabr 2010 13:59 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri zamanı "exit-poll"un keçirilməsində ilk dəfə sosial şəbəkə təcrübəsindən istifadə olunacaq.
Azərbaycanda parlament seçkiləri zamanı "exit-poll"un keçirilməsində ilk dəfə sosial şəbəkə təcrübəsindən istifadə olunacaq

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycanda parlament seçkiləri zamanı "exit-poll"un keçirilməsində ilk dəfə sosial şəbəkə təcrübəsindən istifadə olunacaq.

ELS müstəqil araşdırmalar mərkəzi tərəfindən "exit-poll" haqqında məlumatın yerləşdiriləcəyi xüsusi sayt yaradılır. Bu barədə bazar ertəsi Trend-ə ELS-in direktoru İradə Yaqubova deyib.

"ELS treninqlərinin nəticələri göstərib ki, həm şəhər, həm də ucqar kəndlərdə gənclər "Odnoklassniki", "Facebook" kimi sosial resurslardan geniş istifadə edirlər. Mövcud faktoru nəzərə alaraq, biz internet-resurslar və telefon vasitəsilə informasiyanın ötürülməsini təşkil etməyi qərara almışıq. Bu, bizə vaxta və vəsaitə qənaət etməyə imkan verəcək", - Yaqubova deyib.

Onun sözlərinə görə, hazırda müstəqil araşdırmalar mərkəzi tərəfindən Azərbaycanın bütün regionları üzrə treninqlərin keçirilməsi yekunlaşdırılır.

ELS Azərbaycanın 1180 seçki məntəqəsində "exit-poll" təşkil edir. Müsahibəçilərdən toplanılmış anketlər gündə dörd dəfə hesablanacaq, vətəndaş sorğusunun nəticələri seçki məntəqəsindən mərkəzi qərargaha ötürüləcək.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

ELS 2006-cı ildən Azərbaycanda keçirilən bütün seçkilər zamanı "exit-poll" aparır.

Xəbər lenti

Xəbər lenti