...

Polşa Prezidenti NATO sammitində Gürcüstanı dəstəkləyəcəyini vəd edir

Siyasət Materials 16 Noyabr 2010 15:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Polşa Gürcüstanın NATO-ya daxil olmaq yolunda əsas tərəfdaş və müttəfiqlərdən biri olaraq qalır. Bu barədə Polşa Prezidenti Bronislav Komorovski Varşavada Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşündə bildirib. Məlumatı çərşənbə axşamı gürcü telekanalları yayıblar.

Bakradze Varşavada ötən cümə günü başlayan və bu gün başa çatan NATO Parlament Assambleyasının 56-cı sessiyasının iclasında iştirak edib.

İclasın gedişində Polşa Prezidenti bəyan edib ki, onun ölkəsi Gürcüstanı Lissabondakı NATO sammitində də dəstəkləyəcək.

Noyabrın 19-20-də NATO-nun qarşıdakı Lissabon sammitində alyansın Gürcüstanla bağlı strategiyasına, eləcə də 2008-ci il Buxarest sənədinə baxılacaq. O zaman Gürcüstanın Ukrayna ilə yanaşı zəruri tələblərin yerinə yetirilməsindən sonra daxil olmaq şanslarının mövcud olduğu qeyd edilmişdi.

Həmçinin, Varşavada Bakradzenin Polşa parlamentinin yuxarı və aşağı palatalarının rəhbərləri ilə görüşü keçirilib. Həmin görüşlərdə ikitərəfli parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti