...

AXCP sədri radikal dini qurumların nümayəndələri ilə görüşəcək

Siyasət Materials 29 Mart 2011 12:23 (UTC +04:00)
Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli radikal dini qurumların nümayəndələri ilə görüşəcək.
AXCP sədri radikal dini qurumların nümayəndələri ilə görüşəcək

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli radikal dini qurumların nümayəndələri ilə görüşəcək.

Trend-in məlumatına görə, martın 30-da Azərbaycan Demokrat Partiyasının qərargahında Əli Kərimlinin radikal dini qrupların nümayəndələri ilə görüşü keçiriləcək. Tədbirin Əli Kərimliyə yaxınlığı ilə seçilən, İranın Qum şəhərində dini təhsil almış və bu ölkənin xüsusi xidmət orqanları ilə sıx əlaqələri olan Hacı İbrahim adlı şəxs tərəfindən təşkil olunduğu bildirilir.

Tədbirdə Azərbaycan İslam Partiyasının, Azərbaycanda son zamanlar fəallaşan iranmeylli şiə məzhəbli dini qurumların, "Hizbullah" təşkilatının, Dağıstan və Çeçenistanda vuruşmuş vəhabilərin, "Taliban" hərəkatına yaxınlığı ilə seçilən qrupların, nurçuların və digər dini qurumların nümayəndələri iştirak edəcəklər.

Görüşdə aprelin 2-də keçirilməsi nəzərdə tutulan etiraz aksiyasında xüsusi təşkil olunmuş radikal dini qrupların taktikası, şüarları, hərəkət istiqamətləri, onların AXCP ilə birgə fəaliyyəti məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti