...

Azərbaycan Parlamentində insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı dinləniləcək

Siyasət Materials 24 Oktyabr 2011 11:34 (UTC +04:00)
Azərbaycan Parlamentinin 25 oktyabr tarixində keçiriləcək plenar iclasında insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı dinləniləcək.
Azərbaycan Parlamentində insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı dinləniləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin 25 oktyabr tarixində keçiriləcək plenar iclasında insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı dinləniləcək. Bu barədə Trend-ə bazar ertəsi Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli koordinator daxili işlər nazirinin müavini Vilayət Eyvazovdur.

Milli Məclisin sabah keçiriləcək iclasında "Azərbaycanın keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanunu layihəsi də müzakirə olunacaq.

Plenar iclasda "Cinayət mühakimə icraatının iştirakçılarının müdafiəsi haqqında" sazişin təsdiqi, "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Əməliyyat axtarış fəaliyyəti haqqında" qanunlara dəyişikliklərin müzakirəyə çıxarılması gözlənilir.

İclasda bələdiyyələrin fəaliyyəti haqqında qanunlara dəyişikliklərin təsdiqlənməsi gözlənilir. Bunlar "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyələşməsinin əsasları haqqında", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında", "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında əsasnamənin təsdiq edilməsi haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" qanunlardır.

Parlamentin iclasında həmçinin Lənkəran şəhərinin və Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik, "Psixiatr yardımı haqqında", "Sosial xidmət haqqında" (II-ci oxunuşda), "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti