...

AMİP Qadınlar Təşkilatının yeni sədri seçilib

Siyasət Materials 3 Noyabr 2011 17:59 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Qadınlar Təşkilatının Konfransı keçirilib.
AMİP Qadınlar Təşkilatının yeni sədri seçilib

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Qadınlar Təşkilatının Konfransı keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AMİP-in mətbuat və informasiya xidmətindən bildirilib.

Konfransda təşkilati məsələyə baxılıb və bu qurumun fəaliyyət proqramı təsdiqlənib.

Səsvermənin nətiçələrinə görə, Aminə Vəliyeva AMİP Qadınlar Təşkilatının yeni sədri seçilib. Eyni zamanda, Nigar Əlicanlı təşkilat, Nüşabə Bədəlzadə ictimayətlə əlaqələr, Sənubər İsayeva ideologiya, Suqra Nəcəfova isə beynəlxalq məsələlər üzrə müavin postlarına təyinat alıblar.

Konfransın sonunda bəyanat qəbul olunub. Bəyanatda Azərbaycan qadınlarına ictimai-siyasi proseslərdə daha fəal iştirak etməyə, demokratik və hüquqi cəmiyyətin qurulması uğrunda gedən mübarizədə bir qədər də aktiv olmağa çağırış öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti