...

Bakıda Pakistanın milli bayramı qeyd edilib

Siyasət Materials 15 Mart 2012 21:03 (UTC +04:00)
Bu gün Bakıda Pakistanın milli bayramı - Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib.
Bakıda Pakistanın milli bayramı qeyd edilib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Pakistanın milli bayramı - Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, rəsmillər, xarici səfirliklərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Azərbaycan Prezidenti adından bütün Pakistan xalqını təbrik edərək, dövlətçiliyin daha da möhkəmləndirilməsində əzm və uğurlar arzulayıb. O qeyd edib ki, Azərbaycan və Pakistan arasında birgə mədəni, mənəvi və dini dəyərlər, tarixən mövcud olmuş ənənəvi xoş münasibətlər ölkələrimizin bütün sahələrdə anlaşma və səmərəli əməkdaşlığı üçün zəmin yaradıb.

Abasov bildirib ki, bu gün ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır.

"Azərbaycan müstəqilliyini elan etdikdən bəri Pakistan-Azərbaycan münasibətləri yaxın dostluq və səmimiyyət üzərində qurulub və bizim əməkdaşlığımız davamlı inkişafa təkan verir", - Pakistanın Azərbaycandakı səfiri İnayətullah Kakar bildirib.

O qeyd edib ki, Pakistan və Azərbaycan dostluğu hər iki xalqın ümumi səyi ilə yaranıb.

Xəbər lenti

Xəbər lenti