...

Ekspert: TAPİ boru kəməri layihəsi regiondakı sabitliyə mühüm töhfə verəcək

Siyasət Materials 13 Aprel 2012 13:14 (UTC +04:00)
TAPİ boru kəməri layihəsi regiondakı sabitliyə mühüm töhfə verəcək. Trend-in məlumatına görə, bunu Bakı Dövlət Universitetinin müəllimi, enerji siyasəti və təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli deyib.
Ekspert: TAPİ boru kəməri layihəsi regiondakı sabitliyə mühüm töhfə verəcək

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.Mehdiyev/

TAPİ boru kəməri layihəsi regiondakı sabitliyə mühüm töhfə verəcək. Trend-in məlumatına görə, bunu Bakı Dövlət Universitetinin müəllimi, enerji siyasəti və təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli deyib.

Cümə günü Bakıda "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda keçirilən konfransda çıxış edən Aslanbəyli NATO-nun üzv və tərəfdaş dövlətlərinin Əfqanıstanda təhlükəsizliyə və sabitliyə töhfələrindən danışarkən regional layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Konkret olaraq, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) boru kəməri layihəsinin regiondakı sabitliyə təsiri imkanlarından danışan ekspert qeyd edib ki, boru kəməri ilə bağlı hökumətlərarası saziş 4 ölkə rəsmiləri tərəfindən 2010-cu ilin 11 dekabrında imzalanıb.

Layihənin reallaşma imkanlarını şərh edən Aslanbəyli layihə ilə bağlı region dövlətlərinin, eləcə də ABŞ və Rusiyanın mövqeyinə də toxunub.

Ekspertin fikrincə, TAPİ-nin reallaşacağı təqdirdə İran-Hindistan-Pakistan (IPI) boru kəmərinin perspektivləri sıfıra bərabər olacaq. Həmçinin Mərkəzi Asiya və Cənubi Asiya ölkələri arasında siyasi və iqtisadi münasibətlərin sıx bağlarla möhkəmlənməsinin Rusiyanın bölgədəki mövqeyinin daha da zəifləməsi ilə nəticələnəcəyi ekspert tərəfindən xüsusilə vurğulanıb.

Onun sözlərinə görə, TAPİ kimi geoiqtisadi üstünlüklərə malik regional enerji layihəsi Əfqanıstanın dövlət quruculuğu, iqtisadi inkişafı və enerji təminatına, Pakistan-Hindsistan münasibətlərinin gələcək formatına və regional münaqişələrin həllinə ciddi təsir edə bilər.

Kəmərin Türkmənistanın cənub-şərqindən başlayaraq Əfqanıstan və Pakistan əraziləri ilə davam edərək Hindistana qədər 1700 km məsafədə uzanması nəzərdə tutulur. Kəmərin nəzərdə tutulan illik ötürmə həcmi 33 milyard kubmetrdir. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 7,6 mlrd ABŞ dolları həcmində olacaq.

Xəbər lenti

Xəbər lenti