Azərbaycan, Bakı, 1 fevral /Trend/
Prezident İlham Əliyev Kamil Cəlilovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda ifaçılıq sənətinin inkişafındakı xidmətlərinə görə Kamil Cəlil oğlu Cəlilov "Şöhrət" ordeni ilə təltif edilsin.