...

Azərbaycan və Xorvatiya prezidentlərinin geniş tərkibdə görüşü olub (FOTO)

Siyasət Materials 11 Mart 2013 15:59 (UTC +04:00)
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Azərbaycan və Xorvatiya prezidentlərinin geniş tərkibdə görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Xorvatiya Prezidenti İvo Yosipoviç ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı potensialın olduğunu deyən Prezident İvo Yobipoviç enerji, mədəniyyət, turizm və digər sahələrdə münasibətlərin genişləndirilməsinin vacibliyini vurğuladı.

İvo Yosipoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin Xorvatiya tərəfindən dəstəkləndiyini bildirdi.

Azərbaycana səfərini məmnunluqla xatırlayan Xorvatiya Prezidenti xalqımızın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu dedi.

Prezident İlham Əliyev siyasi və iqtisadi sahədə fəal əməkdaşlığın olduğunu qeyd etdi, iqtisadi əlaqələrin genişləndirilməsi və yeni sahələrin müəyyən edilməsinin önəmini vurğuladı. Enerji sahəsində fəal əməkdaşlığın olduğunu deyən Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyində mühüm rolu olan Azərbaycanın Xorvatiya ilə bu sahədə də əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd etdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyini bildirdi, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini söylədi.

Görüşdə qarşılıqlı investisiyaların qoyulması sahəsində məsələlər də müzakirə olundu. Bildirildi ki Azərbaycan hazırda bir çox ölkələrə fəal investisiya qoyur və Xorvatiya ilə investisiya məsələsində də əməkdaşlıq etmək arzusundadır.

Nəqliyyat, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi perspektivlərinin də müzakirə olunduğu görüşdə əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi planları ilə bağlı müzakirələr aparıldı.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da inkişafına əminlik vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti