...

Heydər Əliyev Mərkəzi akademik Zərifə Əliyevaya həsr olunmuş saytı yeni dizaynda istifadəyə verib

Siyasət Materials 26 Aprel 2013 16:43 (UTC +04:00)
Mərkəzdən Trend-ə daxil olan məlumata görə, Heydər Əliyev Mərkəzi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevaya həsr olunmuş www.zarifa-aliyeva.az saytını yeni dizaynda istifadəyə verib.
Heydər Əliyev Mərkəzi akademik Zərifə Əliyevaya həsr olunmuş saytı yeni dizaynda istifadəyə verib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Heydər Əliyev Mərkəzi akademik Zərifə Əliyevaya həsr olunmuş saytı təqdim edib.

Mərkəzdən Trend-ə daxil olan məlumata görə, Heydər Əliyev Mərkəzi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevaya həsr olunmuş www.zarifa-aliyeva.az saytını yeni dizaynda istifadəyə verib.

Oftalmoloq alim Zərifə Əliyevanın 90 illik yubileyi ərəfəsində təqdim olunan saytda akademikin həyat və fəaliyyətini əks etdirən materiallar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də Zərifə xanımın həmkarları və dostlarının xatirələri yer alıb.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda Zərifə xanım Əliyevanı oftalmoloq, qayğıkeş həyat yoldaşı və ana kimi xarakterizə edən baza ilə tanış olmaq imkanı var.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə hazırlanmış saytda Zərifə xanım Əliyevanın həyatının müxtəlif anları, oftalmologiya elminin inkişafındakı xidmətləri izləyicilərə foto və videomateriallarla da təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti