...

Kəmaləddin Heydərov: İranda yeni hökumətin qurulması iki ölkə arasında əlaqələrin inkişafı üçün zəmin yaradıb

Siyasət Materials 15 Mart 2014 22:23 (UTC +04:00)
İran öz qonşu ölkələri ilə xüsusəndə Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.
Kəmaləddin Heydərov: İranda yeni hökumətin qurulması iki ölkə arasında əlaqələrin inkişafı üçün zəmin yaradıb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir T.Cəfərov/

İran öz qonşu ölkələri ilə xüsusəndə Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. İran və Azərbaycan iki dost qardaş və qonşu ölkədir biz hər iki ölkənin xalqı və dövlətinə layiq əlaqələrin qurulmasını istəyirik. Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşündə deyib. Bu barədə Mehr agentliyi məlumat verir.

H.Ruhani deyib ki, İran və Azərbaycan arasında əlaqələrin səviyyəsi qənaətbəxşdir, lakin əlaqələrin daha da inkişafı üçün böyük potensial mövcuddur.

Kəmaləddin Heydərov Azərbacyan Prezidenti İlham Əliyevin xüsusi mesajını İran Prezidentinə təqdim edib: "Sizin və Azərbaycanın möhtərəm Prezidentinin iki ölkə arasında əlaqələrin inkişafına olan diqqətiniz ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacaq".

K.Heydərov deyib ki, İranda yeni hökumətin qurulması iki ölkə arasında əlaqələrin inkişafı üçün zəmin yaradıb və Azərbaycan yaranmış bu imkandan istifadə etməyə qərarlıdır.

Qeyd edək ki, İranın İRNA agentliyinin məlumatına görə, Kəmaləddin Heydərov bu gün həmçinin İranın Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasiyan ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün mövcud problemlərin həlli yolları müzakirə olunub.

İranın Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasiyan iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında bəzi gömrük qanunlarının maneə yaratdığını və bu kimi qanunların hər iki ölkə arasında uyğunlaşması məqsədi ilə yenidən baxılmasını təklif edib.

M.Kərbasiyan, həmçinin İran vətəndaşlarına vizaların alınmasında yaranan problemləri əlaqələrin inkişafı üçün digər problemlərdən olduğunu deyib.

Görüşdə Kəmaləddin Heydərov Azərbaycanda istehsal olunan məhsulların İrana ixracatında gömrük rüsumlarının azaldılmasını istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti