...

Türkiyənin birinci şəxsləri prezident seçkilərinə hazırlığı müzakirə edəcəklər

Siyasət Materials 16 Aprel 2014 14:33 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan bu ilin avqustunda keçiriləcək prezident seçkilərinə hazırlığı müzakirə edəcəklər.
Türkiyənin birinci şəxsləri prezident seçkilərinə hazırlığı müzakirə edəcəklər

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir R.Hafizoğlu /

Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan bu ilin avqustunda keçiriləcək prezident seçkilərinə hazırlığı müzakirə edəcəklər. Bunu Türkiyə Prezidentinin baş müşaviri Əhməd Sever bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.

Onun sözlərinə görə, görüşün dəqiq tarixi hələlik dəqiqləşdirilməyib, lakin onun yaxın həftələrdə keçiriləcəyi gözlənilir.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti