...

Çexiya Senatının komitə sədri: Dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin sual altına qoyulması yolverilməzdir

Siyasət Materials 16 Aprel 2014 17:15 (UTC +04:00)
Dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin sual altına qoyulması yolverilməzdir. Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Çexiya senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Miroslav Kreyça Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bildirib.
Çexiya Senatının komitə sədri: Dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin sual altına qoyulması yolverilməzdir

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir S.Əhmədova/

Dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin sual altına qoyulması yolverilməzdir. Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Çexiya Senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Miroslav Kreyça Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bildirib.

Görüşdə Azərbaycan ilə Çexiya arasındakı münasibətlər və regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov, beynəlxalq ictimaiyyət tərəfindən sözügedən münaqişəyə ikili standartların tətbiq edildiyini və Azərbaycanın münaqişənin tezliklə ədalətli şəkildə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Həmçinin nazir ölkəmizin enerji strategiyası haqqında qarşı tərəfə məlumat verib. Azərbaycanın xarici işlər naziri ölkəmizin parlament diplomatiyasına böyük əhəmiyyət verdiyini qeyd edərək, Azərbaycanın Çexiya ilə müxtəlif sahələrdə, o cümlədən təhsil və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti