...

İlham Əliyev Kürdəmir və Ağdam rayonlarına yeni icra başçıları təyin edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 Aprel 2014 17:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ceyhun Fərrux oğlu Cəfərovun Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev Kürdəmir və Ağdam rayonlarına yeni icra başçıları təyin edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Ceyhun Fərrux oğlu Cəfərovun Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Raqub Allahverdi oğlu Məmmədov Ağdam rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin müvafiq sərəncamları ilə İrşad Nadir oğlu Əliyev Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı, Nizami Yəhya oğlu Sadıqov isə Ağdam rayonu İcra hakimiyyətinin başçısı vəzifələrindən azad edilib.

Dövlət başçısı, həmçinin Ceyhun Fərrux oğlu Cəfərovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti