...

İlham Əliyev tanınmış yazıçı Qabriel Qarsiya Markesin vəfatı ilə əlaqədar başsağlığı verib

Siyasət Materials 18 Aprel 2014 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiya Prezidenti Xuan Manuel Santosa başsağlığı verib.
İlham Əliyev tanınmış yazıçı Qabriel Qarsiya Markesin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiya Prezidenti Xuan Manuel Santosa başsağlığı verib.

Başsağlığında deyilir: "Böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti