...

Zakir Həsənov: Mən ordunun fəaliyyətindən, döyüş hazırlığından tam razıyam

Siyasət Materials 19 Aprel 2014 11:39 (UTC +04:00)
Bizim əsgərlərimiz mərddirlər, qəhrəmandırlar, heç kimdən qorxmurlar, düşməndən qorxmurlar, hər an hazırdırlar qarşılarında duran vəzifələri yerinə yetirsinlər, Vətəni müdafiə etsinlər.
Zakir Həsənov: Mən ordunun fəaliyyətindən, döyüş hazırlığından tam razıyam

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İzzət/

Bizim əsgərlərimiz mərddirlər, qəhrəmandırlar, heç kimdən qorxmurlar, düşməndən qorxmurlar, hər an qarşılarında duran vəzifələri yerinə yetirməyə, vətəni müdafiə etməyə hazırdırlar.

Trend xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün jurnalistlərə açıqlamasında bildirib.

Jurnalistlərin son zamanlar Azərbaycan-Ermənistan cəbhə xəttində gərginliyin artması ilə bağlı sualına cavab olaraq Z.Həsənov bildirib ki, cəbhə bölgəsində gərginliyin artması həqiqətə uyğun deyil: "Mən deməzdim ki, cəbhə bölgəsində gərginlik artıb. Mütəmadi olaraq cəbhə xəttində atəşkəs pozulur. Ancaq əmin ola bilərsiz ki, Azərbaycan ordusu güclü ordudur, regionun ən güclü ordusudur və düşmənə layiqli cavab verir və verəcək".

Cəbhə xəttində yerləşən hərbi hissələrə keçirdiyi baxış və Naxçıvanda keçirilən irimiqyaslı təlimlərlə də bağlı fikirlərini açıqlayan nazir qeyd edib: "Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Silahlı Qüvvələrdə islahatlar davam edir. Bu islahatlar çərçivəsində Naxçıvan Muxtar Respublikasının müdafiəsinin gücləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun yaradılıb. Biz bu Əlahiddə Ümumqoşunun fəaliyyətini, onun hazırlığını, onun həm sayıqlığını, həm də idarəçiliyini yoxlamaq üçün Naxçıvanda irimiqyaslı təlimlər keçirdik. Mən deyə bilərəm ki, doğrudan da təlimlərdə 11 briqada iştirak edirdi və yüksək səviyyədə döyüş hazırlığını nümayiş etdirdilər. Hətta bizə lazım idi ki, biz yaradılmış bu Əlahiddə Ümumqoşunun döyüş vəziyyətini, qarşıda duran vəzəfələrin yerinə yetirilməsinə hazırlığını görək. Mən bir nazir kimi tam məmnunluqla deyə bilərəm ki, ordunun fəaliyyətindən, döyüş hazırlığından tam razıyam. Həm idarəçilik, həm silah-sursatın hazırlığı, həm şəxsi heyətin ruh yüksəkliyi bizi sevindirir. Biz əminik ki, Naxçıvanda yerləşən əlahiddə ordu qarşıda duran vəzifəni yüksək səviyyədə yerinə yetirəcək".

Müdafiə naziri son zamanlar xüsusən Rusiya tərəfindən postsovet ölkələrinə qarşı təhdidlərin yaradılması ilə bağlı məsələyə də münasibət bildirib: "Biz belə bir təhdidi görmürük. Azərbaycan stabil inkişaf edən dövlətdir. Bütün sahələr inkişaf etdiyi kimi, ordumuz da inkişaf edir. Siz özünüz daim şahidi olursuz ki, Azərbaycan Ordusu yeni-yeni silahlarla təchiz edilir və bu məsələ davam edəcək. Cənab Prezidentin qayğısı nəticəsində Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Bir hərbçi kimi xüsusi qeyd etmək istəyirəm ki, cənab Prezidentin etimadını doğrultmaq üçün şəxsi heyət gecə-gündüz çalışır, bundan sonra qarşıda duran vəzifələri yüksək səviyyədə yerinə yetirməyə hazır olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti