...

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının dövlət sərhəd xidmətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Siyasət Materials 19 Aprel 2014 12:26 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvatınrəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının dövlət sərhəd xidmətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 19 aprel/ Trend, müxbir S.Əhmədova/

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyətinə dair məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı aprelin 7-18-i tarixlərində Dövlət Sərhəd Xidmətinin Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün təşkil olunmuş "Sərhəd Nəzarəti"nə dair təlim proqramının əhəmiyyəti xüsusi vurğulanıb.

Səfər çərçivəsində Krallığın nümayəndə heyəti DSX-nın Akademiyasında və bir sıra digər struktur qurumlarında olub, hərbi hissə və bölmələrdə xidmətin təşkili, şəxsoi heyətin xidməti və yaşayış şəraiti, mövcud xidməti imaknlar. Sərhəd mühafizəsi təyinatlı silah, texnika və avadanlıqlarla tanış ediliblər.

Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycana səfəri aprelin 21-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti