...

Ərdoğan: Qondarma "erməni soyqırımı"ndan Türkiyəyə qarşı istifadə oluna bilməz (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 Aprel 2014 16:11 (UTC +04:00)
Qondarma "erməni soyqırımı"ndan Türkiyəyə qarşı istifadə oluna bilməz.
Ərdoğan: Qondarma "erməni soyqırımı"ndan Türkiyəyə qarşı istifadə oluna bilməz (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir R.Hafizoğlu/

Qondarma "erməni soyqırımı"ndan Türkiyəyə qarşı istifadə oluna bilməz. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Baş nazirin sözlərinə görə, Türkiyə və Ermənistandan olan tarixçilər 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiya yaratmalıdırlar.

O, qeyd edib ki, yalnız birgə araşdırma 1915-ci il hadisələrinə obyektiv qiymət verə bilər.

Türkiyənin 1915-ci il hadisələrinin araşdırılması üçün Ermənistanla birgə komissiya yaratmaqla bağlı göstərdiyi səylərə baxmayaraq, erməni tərəfi indiyədək Ankaranın müraciətinə reaksiya verməyib.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti