...

Prezident İlham Əliyev Çexiya Deputatlar Palatasının sədri ilə görüşmüşdür

Siyasət Materials 23 Aprel 2014 21:41 (UTC +04:00)
Aprelin 23-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşmüşdür
Prezident İlham Əliyev Çexiya Deputatlar Palatasının sədri ilə görüşmüşdür

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Aprelin 23-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Parlamentlərarası əlaqələrin daha da genişlənməsinin Azərbaycan-Çexiya əməkdaşlığının inkişafına töhfə verdiyi bildirildi.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti