...

Türkiyə hərbi bölmələri Suriya ərazisinə daxil olublar

Siyasət Materials 24 Aprel 2014 10:46 (UTC +04:00)
Türkiyə hərbi bölmələri Süleyman şah türbəsini mühafizə etmək məqsədilə Suriya ərazisinə daxil olublar.
Türkiyə hərbi bölmələri Suriya ərazisinə daxil olublar

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə hərbi bölmələri Süleyman şah türbəsini mühafizə etmək məqsədilə Suriya ərazisinə daxil olublar. Bu barədə Trend cümə axşamı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər yayıb.

Hərbi bölmələrin sayı açıqlanmır.

Söhbət Türkiyə ilə sərhəddən təxminən 30 km məsafədə yerləşən Suriya ərazisindəki kiçik anklavdan gedir. Fərat çayının sahilindəki bir hektara yaxın ərazidə məzarlıq kompleksi yerləşir.

Bu ərazidə Osmanlı imperiyasının banisi I Osmanın babası Süleyman şahın (1178-1227-ci illər) məzarı yerləşir. 1921-ci ildə Türkiyə ilə həmin dövrdə Suriyanı işğal etmiş Fransa arasında imzalanmış Ankara müqaviləsinə əsasən, türbə Türkiyənin suveren ərazisi hesab edilir. 1946-cı ildə Fransa işğalından azad olan Suriya hökuməti həmin əraziyə münasibətdə Türkiyənin suverenliyini rəsmən tanıyıb. Bu gün kompleksin ərazisini 30-a yaxın türk əsgər qoruyur.

Hazırda türbənin yerləşdiyi kənd "Əl-Qaidə" ilə əlaqəli olan "İraq və Levanta islam dövləti" qruplaşmasından olan yaraqlıların əlinə keçib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin Suriyada öz ərazisini müdafiə etməyə hazır olduğunu bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti