...

Səfir: Viza Müraciət Mərkəzinin açılması Azərbaycan və Böyük Britaniya vətəndaşları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün növbəti addımdır (FOTO)

Siyasət Materials 24 Aprel 2014 11:42 (UTC +04:00)
Bakıda Viza Müraciət Mərkəzinin açılması Azərbaycan və Böyük Britaniya vətəndaşları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün növbəti addımdır.
Səfir: Viza Müraciət Mərkəzinin açılması Azərbaycan və Böyük Britaniya vətəndaşları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün növbəti addımdır (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir S.Әhmədova/

Bakıda Viza Müraciət Mərkəzinin açılması Azərbaycan və Böyük Britaniya vətəndaşları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün növbəti addımdır. Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Mərkəzin açılış mərasimində bildirib.

Səfir qeyd edib: "Biz Azərbaycan vətəndaşlarının Britaniyaya daha asan, daha rahat səyahət etməsini təmin etmək istəyirik. Başa düşürəm ki, bununla bağlı bəzi anlaşılmazlıqlar da olub. Hətta bəzi insanlar deyiblər ki, səfirlik bağlanacaq, viza almaq mümkün olmayacaq, viza almaq üçün başqa ölkəyə getmək lazım gələcək. Amma bunlar həqiqəti əks etdirmir. Prosedurda heç nə dəyişilmir. Sadəcə Britaniya səfirliyi əvəzinə siz bu böyük və rahat ofisə gəlirsiniz, burada viza üçün sənədlərinizi təqdim edirsiniz. Bu mərkəzdə sənədlərin təqdim olunması prosesi daha rahatdır".

İ.Siddiq bildirib ki, bu mərkəzdə səfirliklə müqayisədə daha çox sənəd qəbul etmək mümkündür. Onun sözlərinə görə, bu yeni mərkəz Azərbaycan vətəndaşlarına daha keyfiyyətli xidmət göstərmək məqsədilə yaradılıb: "Böyük Britaniya hökuməti Azərbaycan vətəndaşlarına və Britaniyaya səfər etmək istəyən hər kəsə rahat xidmət göstərmək istəyir. Bu xidmətlər operativ göstəriləcək".

Vizanın alınması vaxtına gəlincə, səfir bildirib ki, bu müddət 15 iş günü təşkil edir.

Onun sözlərinə görə, Azərbaycandan Britaniyaya səfər edənlər çoxdur: "Biz istəyirik ki, səyahət edənlərin sayı daha da artsın. Әsas onu qeyd edim ki, heç bir şey dəyişilmir. Әksinə viza almaq daha da asanlaşır".

Britaniya Sərhəd Agentliyi Viza və Miqrasiya Mərkəzinin nümayəndəsi Kris Veyt (Chris Waite) açılış mərasimində bildirib: "Qlobal kontekstə baxanda biz bu modeli bütün dünyada tətbiq edirik. Viza mərkəzləri müxtəlif ölkələrdə mövcuddur".

Viza müraciətləri barədə qərar Böyük Britaniya Vizaları və İmmiqrasiya Agentliyinin İstanbuldakı mərkəzi tərəfindən verilir.

Qeyd edək ki, 2014-cü ilin aprel ayından etibarən Britaniya vizası üçün sənədəlrin qəbulu "Teleperformance Ltd" beynəlxalq özəl şirkəti tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti