...

Putin Ukrayna ordusunun əməliyyatlarını cinayət sayır

Siyasət Materials 24 Aprel 2014 16:16 (UTC +04:00)
Əgər Kiyev hakimiyyəti Ukrayna daxilində əhaliyə qarşı ordudan istifadəyə başlayırsa, bu, onun öz xalqına qarşı törətdiyi çox böyük cinayətdir.
Putin Ukrayna ordusunun əməliyyatlarını cinayət sayır

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Əgər Kiyev hakimiyyəti Ukrayna daxilində əhaliyə qarşı ordudan istifadəyə başlayırsa, bu, onun öz xalqına qarşı törətdiyi çox böyük cinayətdir. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

V.Putin bəyan edib ki, Kiyev hakimiyyətinin Ukrayna xalqına qarşı hərəkətlərinin RF ilə Ukrayna arasında dövlətlərarası münasibətlərə təsiri olacaq: "Bu kəskin mərhələ deyil, bu həmin qərarı qəbul edən insanlar üçün, eləcə də dövlətlərarası münasibətlər üçün nəticəsi olacaq cəza əməliyyatlarıdır".

Qeyd edək ki, Ukrayna Daxili İşlər və Müdafiə nazirliklərinin bölmələri tərəfindən keçirilən xüsusi əməliyyatlar zamanı Donetsk vilayətinin Slavyansk şəhərinin şimal-şərq hissəsindəki qanunsuz silahlı qruplaşmaların 3 blok-postu dağıdılıb və məhv edilib.

Xatırladaq ki, martın əvvəlindən Ukraynanın şərqində federallaşma tərəfdarlarının mitinqləri keçirilir, onlar öz regionlarının statusu haqqında referendum keçirilməsini tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti