...

Azərbaycanın müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edir (FOTO)

Siyasət Materials 24 Aprel 2014 18:05 (UTC +04:00)
Aprelin 24-də Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə Gelibolu yarımadasındakı Tarixi Milli Parkda yerləşən Şəhidlər abidəsi önündə beynəlxalq anma mərasimi keçirilib.
Azərbaycanın müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edir (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Aprelin 24-də Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə Gelibolu yarımadasındakı Tarixi Milli Parkda yerləşən Şəhidlər abidəsi önündə beynəlxalq anma mərasimi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 30 ölkənin müdafiə naziri, diplomatik nümayəndəliklərinin təmsilçiləri və digər qonaqların iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.

Mərasim Çanaqqala döyüşündə iştirak etmiş ölkələrin hərbi formalarını geyinmiş əsgərlərin dövlət bayraqları ilə keçidi, döyüşlərdə həyatını itirmiş hərbi qulluqçuların xatirəsinin ehtiramla yad edilməsi, abidə önünə gül çələnglərinin düzülməsi və yaylım atəşlərinin açılması ilə başlayıb.

Sonra müxtəlif ölkələrin hərbi və diplomatik nümayəndəlikləri təmsilçilərinin çıxışları olub. Mərasim hərbi keçid və Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin nümunəvi uçuşların nümayişi ilə davam edib.

Sonda general-polkovnik Z.Həsənov müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə Şəhidlik dəftərini imzalayıb və Türk şəhidliyini ziyarət edib.

Azərbaycan müdafiə nazirinin Türkiyəyə səfəri aprelin 25-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti