...

Türkiyə uşaqlara qarşı cinsi zorakılığa görə cəzaları sərtləşdirdi

Siyasət Materials 9 May 2014 10:59 (UTC +04:00)
Türkiyə uşaqlara qarşı cinsi zorakılığa görə cəzaları sərtləşdirib. Bunu Türkiyənin ailə məsələləri və sosial siyasət naziri Ayşənur İslam bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü “Sabah” qəzeti xəbər yayıb.
Türkiyə uşaqlara qarşı cinsi zorakılığa görə cəzaları sərtləşdirdi

Azərbaycan, Bakı, 9 may / Trend, müxbur R.Hafizoğlu /

Türkiyə uşaqlara qarşı cinsi zorakılığa görə cəzaları sərtləşdirib. Bunu Türkiyənin ailə məsələləri və sosial siyasət naziri Ayşənur İslam bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Sabah" qəzeti xəbər yayıb.

Nazirin sözlərinə görə, cəmiyyətin bütün təbəqələri uşaqlara qarşı törədilən cinsi zorakılığa qarşı mübarizə aparmalıdırlar.

Qanunda edilən dəyişikliklərə görə, həddi-buluğa çatmamışlara qarşı zorakılığa yol verənlərə 39 ilə qədər həbs cəzası kəsiləcək.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu uşaqlara qarşı cinsi zorakılığın cəzası olaraq ölüm hökmünün bərpa ediləcəyini bildirib.

Ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Avropa İttifaqı qarşısında götürülən öhdəlik Türkiyəyə ölüm cəzasını bərpa etməyə imkan vermir.

Türkiyədə ölüm cəzası 2004-cü ildə Aİ-yə daxil olmaq üzrə keçirilən islahatlar çərçivəsində ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti