...

Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşüb

Siyasət Materials 16 May 2014 16:23 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzində Gürcüstan nümayəndə heyəti ilə görüş olub.
Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzində Gürcüstan nümayəndə heyəti ilə görüş olub.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın daxili işlər naziri bildirib ki, Azərbaycanla Gürcüstanın müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti