...

Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Koreyada səfərdə olub

Siyasət Materials 19 May 2014 18:05 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub.
Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Koreyada səfərdə olub

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Azərbaycan FHN ilə Koreya Respublikasının Milli Fövqəladə Halların İdarə edilməsi Agentliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri üzrə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə fövqəladə hallar naziri K.Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub.

Səfər çərçivəsində Seul şəhərində 16 aprel 2014-cü il tarixində "Sevol" gəmisinin batması nəticəsində həyatlarını itirmiş insanların xatirəsinə ayrılmış məkan ziyarət edilib və gül dəstələri qoyulub.

Daha sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının Milli Fövqəladə Halların İdarə edilməsi Agentliyinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Görüş zamanı müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti