...

Azərbaycan və Türkiyə arasında hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi məsələsi müzakirə olunub

Siyasət Materials 21 May 2014 14:42 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Türkiyə Respublikası milli müdafiə nazirinin məsləhətçi müavini general-leytenant Osman Ünlünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Türkiyə arasında hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi məsələsi müzakirə olunub

Azərbaycan, Bakı, 21 may /Trend/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Türkiyə Respublikası milli müdafiə nazirinin məsləhətçi müavini general-leytenant Osman Ünlünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə səfərbərlik və hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi, bu sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyətinin səfəri mayın 24-də sona çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti