...

Azərbaycan və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasət Materials 10 İyun 2014 17:46 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir S.Əhmədova/

Xarici işlər naziri Elmar Məmmədyarov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla UNICEF arasında əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq bildirilib. Həmçinin tərəflər sözügedən əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün geniş imkanların olduğunu qeyd ediblər.

E.Məmmədyarov Azərbaycanla UNICEF arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə M.Herevarda təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Azərbaycanda onun fəaliyyəti üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib və Azərbaycandan xoş arzularla ayrıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti