...

Kəmaləddin Heydərov UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Siyasət Materials 21 İyun 2014 15:21 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb.
Kəmaləddin Heydərov UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, K.Heydərov UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri kimi ölkəmizdə missiyası başa çatan qonağa gələcək fəaliyyətində uğurlar arzulayıb, bu təşkilatla nazirlik arasında həyata keçirilən birgə layihələrdən bəhs edib. İki gün əvvəl "Təhsil  sahəsində  tərəfdaşlar"  adlı  layihə çərçivəsində Fövqəladə  Hallar Nazirliyi, Təhsil  Nazirliyi və UNICEF arasında  Fəaliyyət  Planının imzalanması da göstərib ki, bu əməkdaşlığın geniş perspektivləri mövcuddur.

M.Herevard UNICEF-in Azərbaycan nümayəndəliyi ilə Azərbaycan FHN arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, ölkəmizdən xoş təəssüratla ayrıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti