...

Fələstin Prezidenti: Qəzzadakı hərbi əməliyyatlar sülh danışıqlarına mənfi təsir edir

Siyasət Materials 23 İyul 2014 12:05 (UTC +04:00)
İsrail ordusunun Qəzzadakı hərbi əməliyyatları Fələstin-İsrail sülh danışıqlarına mənfi təsir edir.
Fələstin Prezidenti: Qəzzadakı hərbi əməliyyatlar sülh danışıqlarına mənfi təsir edir

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İsrail ordusunun Qəzzadakı hərbi əməliyyatları Fələstin-İsrail sülh danışıqlarına mənfi təsir edir. Bunu Fələstin Prezidenti Mahmud Abbas bəyan edib. Bu barədə Trend çərşənbə günü "Əl-Cəzirə" telekanalına istinadən xəbər yayıb.

Onun sözlərinə görə, Qəzzada çoxlu sayda dinc sakinin ölümünə səbəb olan hərbi əməliyyatlar cəzasız qalmayacaq.

İyulun 7-dən həyata keçirilən "Sarsılmaz qaya" əməliyyatı zamanı 800-dən artıq dinc sakin qətlə yetirilib ki, onların arasında qadınlar və uşaqlar da var.

Xəbər verilir ki, hərbi əməliyyat zamanı İsrail ordusu 45 hərbçisini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti