...

Türkiyədə Gülən tərəfdarlarına qarşı əməliyyat çərçivəsində artıq 103 nəfər saxlanılıb

Siyasət Materials 23 İyul 2014 16:20 (UTC +04:00)
Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai-dini xadim Fətullah Gülənin tərəfdarlarına qarşı əməliyyat çərçivəsində saxlanılanların sayı artıq 103 nəfərə çatıb.
Türkiyədə Gülən tərəfdarlarına qarşı əməliyyat çərçivəsində artıq 103 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai-dini xadim Fətullah Gülənin tərəfdarlarına qarşı əməliyyat çərçivəsində saxlanılanların sayı artıq 103 nəfərə çatıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında İstanbul polisinin sabiq rəisi Erkan Erçıktı da var.

İyulun 22-dən Türkiyənin güc strukturlarında Gülən hərəkatının tərəfdarlarının kadr təmizləməsi aparılır. Kadr təmizləmələri ölkənin 25 dairəsindəki güc strukturlarında həyata keçirilir.

Saxlanılanlar arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəisi Əli Fuad Yılmazer də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti