...

Novruz Məmmədov RBK kanalını Dağlıq Qarabağla bağlı Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparmaqda günahlandırıb

Siyasət Materials 23 İyul 2014 16:11 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiyanın RBK kanalını Dağlıq Qarabağla bağlı rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparmaqda günahlandırıb.
Novruz Məmmədov RBK kanalını Dağlıq Qarabağla bağlı Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparmaqda günahlandırıb

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiyanın RBK kanalını Dağlıq Qarabağla bağlı rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparmaqda günahlandırıb.

Trend-in məlumatına görə, N.Məmmədov öz "twitter" səhifəsində yazıb: "RBK kanalı 2 ermənini dəvət edərək Dağlıq Qarabağın ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır".

Prezident Adminstrasiyası rəsmisinin sözlərinə görə, RBK özünü neytral kanal kimi göstərərək təəssüf ki, məkrli niyyətə xidmət edir: "Bu kanal yalan məlumatlarla ictimaiyyəti aldadaraq mövqe formalaşdırmağa çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti