...

Türkiyə XİN ölkəsinin vətəndaşlarını Liviyanı tərk etməyə çağırıb

Siyasət Materials 24 İyul 2014 10:48 (UTC +04:00)
Türkiyənin Xarici İşlər Nazirliyi Liviyadakı qeyri-sabit vəziyyətlə əlaqədar öz ölkəsinin vətəndaşlarını Liviyanı tərk etməyə çağırıb.
Türkiyə XİN ölkəsinin vətəndaşlarını Liviyanı tərk etməyə çağırıb

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Xarici İşlər Nazirliyi Liviyadakı qeyri-sabit vəziyyətlə əlaqədar öz ölkəsinin vətəndaşlarını Liviyanı tərk etməyə çağırıb. Bu barədə Trend cümə axşamı Türkiyənin "Milliyyət" qəzetinə istinadən xəbər verir.

Bundan əlavə, XİN Türkiyə vətəndaşlarını Liviyaya səfər etməkdən çəkinməyə çağırıb.

Qeyd edək ki, 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin devrilməsindən sonra ordu ilə Benqaziyə nəzarət edən hərbiləşdirilmiş qruplaşmalar arasında toqquşmalar demək olar ki, hər gün baş verir.

Benqazidə silahlı qruplaşmalarla hökumət qoşunları arasında ilk silahlı toqquşma bu ilin yazında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti