...

Fransua Olland: Əlcəzair təyyarəsinin qəzaya uğramasından sonra sağ qalan olmayıb

Siyasət Materials 25 İyul 2014 16:32 (UTC +04:00)
Malidə Əlcəzair təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur.
Fransua Olland: Əlcəzair təyyarəsinin qəzaya uğramasından sonra sağ qalan olmayıb

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Malidə Əlcəzair təyyarəsinin qəzaya uğramasından sonra sağ qalan olmayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Fransua Olland deyib.

Qeyd edək ki, dünən Burkina-Fasonun paytaxtı Uaqaduqudan Əlcəzairə istiqamət almış "Air Algerie" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 116 nəfər olub, onlardan 51-i Fransa, qalanları isə 15 ölkənin vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti