...

Azərbaycan erməni silahlı qüvvələrinin törətdiyi terror və digər cinayət əməlləri üzrə 300-ə yaxın şəxs barəsində axtarış elan edib

Siyasət Materials 25 İyul 2014 15:37 (UTC +04:00)
Azərbaycan erməni silahlı qüvvələrinin törətdiyi terror və digər cinayət əməlləri üzrə 300-ə yaxın şəxs barəsində axtarış elan edib.
Azərbaycan erməni silahlı qüvvələrinin törətdiyi terror və digər cinayət əməlləri üzrə 300-ə yaxın şəxs barəsində axtarış elan edib

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan erməni silahlı qüvvələrinin törətdiyi terror və digər cinayət əməlləri üzrə 300-ə yaxın şəxs barəsində axtarış elan edib. Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Respublika Hərbi Prokurorluğunda 2014-cü ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O, qeyd edib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunaraq cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti