...

Qəzza sektorundakı döyüşlərdə 884-dən çox fələstinli ölüb

Siyasət Materials 26 İyul 2014 10:50 (UTC +04:00)
İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı 884 nəfəri ötüb.
Qəzza sektorundakı döyüşlərdə 884-dən çox fələstinli ölüb

Azərbaycan, Bakı, 26 iyul/Trend, müxbir Rufiz Hafizoğlu/

İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı 884 nəfəri ötüb. Bu barədə Trend şənbə günü "Anadolu" agentliyinə istinadən məlumat verir.

Yaralıların sayı isə 5 840 nəfərə çatıb.

Bundan başqa, Qəzzada hərbi əməliyyatlar zamanı 208 uşaq və 101 qadın ölüb. Yaralı uşaqların sayı 1779-u ötüb, yaralı qadınların sayı isə 1112-ə çatıb.

İsrail ordusu hərbi əməliyyatlar nəticəsində 80 hərbçisini itirib, 300-dən çox əsgəri isə yaralanıb.

Qeyd edək ki, İsrail dünən 12 saatlıq atəşkəsə razılığını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti