...

İlham Əliyev Perunun Prezidentini təbrik edib

Siyasət Materials 26 İyul 2014 18:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Olyanta Umala Tassoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Perunun Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Olyanta Umala Tassoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Peru Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Peru əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

İlham Əliyev Olyanta Umala Tassoya ən xoş arzularını yetirib, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti