...

İran nüvə fəaliyyətləri üçün kompleks tədbirlər planı hazırlayacaq

Siyasət Materials 27 İyul 2014 12:30 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani ölkəsinin nüvə fəaliyyətləri ilə bağlı kompleks tədbirlər planı tərtib edilməsi ideyasını irəli sürüb. Bunu
İran nüvə fəaliyyətləri üçün kompleks tədbirlər planı hazırlayacaq

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Təmkin Cəfərov/

İran Parlamentinin spikeri Əli Laricani ölkəsinin nüvə fəaliyyətləri ilə bağlı kompleks tədbirlər planı tərtib edilməsi ideyasını irəli sürüb. Bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Mənsur Həqiqətpur deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

M.Həqiqətpur deyib ki, parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvləriin spiker Əli Laricani ilə olan görüşündə , o İranın nüvə fəaliyyətləri ilə bağlı kompleks tədbirlər planının tərtib edilməsi və onun parlamentdə təsdiq olunmasını təklif edib.

M.Həqiqətpurun sözlərinə görə, bu haqda ilkin danışıqlar aparılıb. "Mövcud qanunların dəyərləndirilməsini aparacaq və nüvə fəaliyyətləri üçün kompleks tədbirlər planını tərtib edəcəyik", - deyə Həqiqətpur bildirib

Onun sözlərinə görə, İranın nüvə fəaliyyətləri ilə bağlı işə götürmə, ekologiya və təhlükəsizlik sahələrində bir sıra yeni qanunların təsdiq olunmasına ehtiyac duyulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti