...

Qəzza sektorunda sakitlik qorunur

Siyasət Materials 28 İyul 2014 11:55 (UTC +04:00)
İsrail ordusu bazar ertəsindən Qəzza sektorunda heç bir hədəfə hücum etməyib və əks tərəfdən 1 raket buraxılışını qeydə alıb.
Qəzza sektorunda sakitlik qorunur

Azərbaycan, Bakı, 28 iyul /Trend/

İsrail ordusu bu gün hələ ki Qəzza sektorunda heç bir hədəfə hücum etməyib, əks tərəfdən isə bir raket buraxılışı qeydə alınıb. Trend-in məlumatına görə, bunu RİA Novosti-yə İsrail ordusunun mətbuat xidmətinin əməkdaşı deyib.

İsrail hərbçilərinin Ramazan bayramı günlərində yalnız fələstinlilərin hücumlarına cavab verəcəyi bildirilir.

Qəzza sakinləri isə deyirlər ki, bazar günündən etibarən döyüşlərin intensivliyi xeyli azalıb: "Sərhəd rayonlarında azsaylı atışmalar qeydə alınıb. İsrail ordusu həmin ərazilərdə yeraltı tunelləri aşkarlayaraq məhv edir".

Fələstin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, mövcud sakitlik İsraillə əldə edilən razılaşmanın nəticəsi deyil. Nazirlik sakinləri ehtiyatı əldən verməməyə çağırıb.

Qeyd edək ki, İsrailin Qəzzada hərbi əməliyyatlara başlamasından etibarən mindən artıq fələstinli ölüb ki, onların da əksəriyyəti dinc sakinlərdir. İsrail isə 43 hərbçisini və 3 dinc sakinini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti