...

Gürcüstan Prezidentinin müşaviri ermənilərlə gürcülər arasında insidenti müzakirə edib

Siyasət Materials 29 İyul 2014 17:19 (UTC +04:00)
Gürcüstan Prezidentinin müşaviri Sopio Şamanidi Gürcüstandakı erməni kilsəsinin yepiskopu Vazgen Mirzəxanyanla görüşüb.
Gürcüstan Prezidentinin müşaviri ermənilərlə gürcülər arasında insidenti müzakirə edib

Gürcüstan, Tbilisi, 29 iyul /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstan Prezidentinin müşaviri Sopio Şamanidi Gürcüstandakı erməni kilsəsinin yepiskopu Vazgen Mirzəxanyanla görüşüb.

Prezident Administrasiyasından Trend-ə verilən məlumata görə, görüşdə tərəflər erməni kilsəsinin problemlərini və milli azlıqlarla bağlı vəziyyəti müzakirə ediblər.

Xanım S.Şamanidi yepiskopla iyulun 19-da erməni kilsəsində ermənilərlə gürcülər arasında yaşanmış insidenti də müzakirə edib.

Tərəflər zorakılığı pisləyib və istintaqın tezliklə başa çatacağına ümid etdiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti